TOP 10

“Qəbələ” kimə həvalə olunacaq? - Zaur Əzizovun şərhi

Futbol
Tarix: 2019-09-17 15:00

“Hazırda konkret danışıq apardığımız məşqçi yoxdu. Müəyyən mütəxəssislər var ki, menecerləri vasitəsi ilə komandamızın “sükanı arxası”na keçməyə hazır olduqlarını bildiriblər”. Bu sözləri Sport24.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov bildirib.

 

Həmsöhbətimiz danışıqlara start verməmələrinin səbəbini bu cür izah etdi: “Kiminləsə danışıq masası arxasına keçmək üçün onun qarşısına qoyulacaq məqsəd müəyyənləşməlidi. Çünki yeni gələn çalışdırıcı qitəmiqyaslı turnirlərə vəsiqə uğrunda mübarizə aparmaq məqsədi ilə gətiriləcəksə, o da öz növbəsində heyətin gücləndirilməsini tələb edəcək. Bunu qarşılaya biləcəyik, yoxsa yox - hələ bu sualın cavabına aydınlıq gətirilməlidir. Ancaq ikinci versiya da var ki, dəvət olunacaq mütəxəssisə cari mövsüm üçün əlindəki heyəti tam formalaşdırmaq və artıq növbəti çempionatda iddialı, Avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq kollektiv yaratmaq tapşırığı veriləcək”.

 

Sonda Əzizov “suların nə vaxt durulacağı”na dair sualımızı da cavablandırdı: “Bunu mən deyə bilmərəm. Qərar ən yuxarı instansiyada verildikdən sonra mənə aid hissəyə start verə bilərəm”.
 

 

CEYHUN ƏLİYEV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB