TOP 10

“Real”da daha bir ciddi itki

Dünya Futbolu
Tarix: 2019-09-17 10:17

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda PSJ ilə qarşılaşacaq “Real” daha bir futbolçusunu itirib. Sport24.az xəbər verir ki, müdafiəçi Marselo səfər oyununda iştirak etməyəcək.
 

Buna braziliyalının La Liqanın 4-cü turunda "Levante" (3:2) ilə qarşılaşmada kürək nahiyəsindən zədə alması səbəb olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma Marselonun dəqiq nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.


Məhz bu zədə səbəbindən baş məşqçi Zinəddin Zidan Marselonu heyətə daxil etməyib. Braziliyalı ilə yanaşı, Luka Modriç də zədə səbəbindən Parisdəki qarşılaşmanı buraxacaq. Madrid təmsilçisində Serxio Ramos, Naço, Marko Asensio, Brahim Diaz və Fede Valverde də zədədən əziyyət çəkir.


Qeyd edək ki, PSJ - "Real" oyunu sentyabrın 18-də keçiriləcək.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB