TOP 10

Şeydayevsiz “Dinamo” Əliyevin komandası ilə bacarmadı

Dünya Futbolu
Tarix: 2019-09-16 23:24

Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb. 
 

Sözügedən kollektiv doğma meydanda digər azərbaycanlı futbolçu Azər Əliyevin komandası - “Ufa”nı qəbul edib. Qarşılaşma qolsuz başa çatıb – 0:0.


Azərbaycanlı futbolçular bu oyunun iştirakçısı olmayıblar. Həm Ramil, həm də Azər sonadək ehtiyatda qalıb.


“Dinamo” hazırda 10 xalla 16 kollektiv arasında 11-ci, “Ufa” isə 11 xalla 9-cudu.
 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB