TOP 10

"Sevilya" "Qarabağ"la matça hazırlığa başladı, sabah da Bakıya gəlir

Futbol
Tarix: 2019-09-16 20:07

"Sevilya" Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la səfər matçının hazırlıqlarına start verib. Sport24.az xəbər verir ki, Primeronun IV turunda "Alaves"lə oyunda meydanda olan futbolçular bərpa məşqləri ilə kifayətlənib.

 

"Qarabağ"ın rəqibibin hücumçusu Nolito əzələ zədəsini sağaltmaq üçün fərdi məşq edib. İspaniya millisinin üzvünün Ağdam komandasına qarşı oynayıb-oynamayacağı bəlli deyil. "Sevilya"nın üçün Bakıya sabah gələcəyi bildirilir. Sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq. 

 

Qeyd edək ki, "Sevilya" "Alaves"i 1:0 hesabı ilə məğlub edərək 10 xalla İspaniya çempionatında vahid liderdir. 

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB