TOP 10

AFFA “Neftçi”nin məşqçisi ilə bağlı qərarını dəyişdi

Futbol
Tarix: 2019-09-16 17:14

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Premeyr Liqanın 3-cü turu çərçivəsində keçirilən “Neftçi – “Sumqayıt” matçıyla bağlı qərarı dəyişib. Sport24.az AFFA-nın saytına istinadən xəbər verir ki, qurum, “Neftçi”nin məşqçisi Etibar Tarıverdiyevlə bağlı qərarı dəyişib:
 

“Neftçi” klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 sentyabr 2019-cu il tarixində, 2019/2020 mövsümündə, 28-ci Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilmiş “Neftçi” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyevin rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə, AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzalandırıldığı oyun sayı 20-dən 10-a, kluba tətbiq olunan cərimə 16000 (on altı min) manatdan 8000 (səkkiz min) manata endirilsin”.


“Neftçi” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB