TOP 10

"Sevilya"nın legioneri: "Bakıda qalib gəlmək üçün yaxşı oynamağa davam edəcəyik"

Futbol
Tarix: 2019-09-16 17:00

"Çətin oyun keçdi. İlk hissəni yaxşı keçirdik, amma fasilədən sonra ağır oldu. Buna baxmayaraq, qələbə bizim oldu". Sport24.az xəbər verir ki, bu fikirləri "Sevilya"nın futbolçusu  Fernando bildirib. La Liqanın IV turunda səfərdə "Alaves"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Braziliyalı futbolçu qələbəni şərh edərkən Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri oyundan da söz açıb: "Xoan Xorda cərimə zərbəsini möhtəşəm yerinə yetirdi. İnanıram ki, belə davam edəcək və qollar vuracaq. Artıq "Qarabağ"la oyunu düşünmək lazımdı. Məncə, hamımız buna hazırıq və çox yaxşı hazırlaşırıq. Ümid edirəm ki, qalib gəlmək üçün yaxşı oynamağa davam edəcəyik".

 

"Qarabağ" - "Sevilya" matçı sentyabrın 19-u Tofiq Bəhramov adına Respbulika Stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti 20:55-də səslənəcək.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB