TOP 10

Baneqa bütün diqqətlərini "Qarabağ"la matça cəmləşdiklərini açıqladı: "Bakıdakı çətin qarşılaşmanı fikirləşirik"

Futbol
Tarix: 2019-09-16 18:00

"Sevilya"nın aparıcı futbolçusu Ever Baneqa La Liqanın IV turunda səfərdə "Alaves"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi qələbəni şərh edərkən Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri oyundan danışıb: "Oynamaq istədiyimiz futbol var və bunu hər zaman inkişaf etdiririk. Çətin qələbə qazandıq. Matça yaxşı nəzarət elədik. Komandamızdan çox razıyam. Xoan Xordanı cərimə zərbəsindən vurduğu inanılmaz qola görə təbrik edirik. Ona güvəndik, özü də özünə inanırdı. Ayaqlarımızı yerə möhkəm basmalıyıq. Bütün diqqətimizi Avropa Liqasında "Qarabağ"la görüşə cəmləmişik. Mümkün olduğu qədər tez bərpa olmalıyıq. Bakıdakı çətin oyunu fikirləşirik".

 

Xatırladaq ki, "Qarabağ" - "Sevilya" matçı sentyabrın 19-u Tofiq Bəhramov adına Respbulika Stadionunda saat 20:55-də keçiriləcək. 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB