TOP 10

“Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

Futbol
Tarix: 2019-09-16 15:21

AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinin sədr müavini Orxan Hüseynzadə növbəti təyinatını alıb. Sport24.az xəbər verir ki, UEFA "Neftçi"nin sabiq prezidentini Avropa Liqasının qrup mərhələsi oyununa təyin edib.
 

Hüseynzadə "Partizan"la "Alkmar" arasında Belqradda baş tutacaq qarşılaşmada iş başında olacaq. İtaliyalı Marko Quidanın idarə edəcəyi görüşdə həmyerlimiz UEFA nümayəndəsi vəzifəsini icra edəcək.


Qeyd edək ki, "Partizan" - "Alkmar" oyunu sentyabrın 19-da keçiriləcək.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB