TOP 10

Millimiz Qazaxıstana yola düşür

Güləş
Tarix: 2019-09-16 14:58

Sərbəst güləş üzrə Azərbaycan yığması bu gün Qazaxıstana yola düşür. Sport24.az xəbər verir ki, millimizin üzvləri dünya çempionatında qüvvələrini sınayacaqlar.


Sentyabrın 19-da Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) xalça üzərinə çıxacaq. Ayın 20-də Ağahüseyn Musafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Şamil Zubairov (92 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizəyə qoşulacaq. Ertəsi gün isə Əhmədnəbi Qvarzatilov (61 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq) və Şərif Şərifov (97 kq) çıxış edəcək.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB