TOP 10

“Zirə”nin futbolçusundan 10-cu qol

Futbol
Tarix: 2019-09-16 13:57

Xulio Sezar Rodriges “Zirə”də 10-cu qolunu vurub. Sport24.az xəbər verr ki, paraqvaylı hücumçunun yubiley topu Premyer Liqanın 4-cü turuna təsadüf edib. Cari mövsümdə ilk qolunu “Sumqayıt”la səfər matçında (2:1) vuran forvard bunadək “qartallar”ın heyətində 9 dəfə fərqlənmişdi.


Bu ilin əvvəlində transfer olunan Rodriges ötən mövsüm çempionatda 8, kubokda 1 qol vurub. O, özünün 10-cu qolunu meydana çıxdığı 18-ci matçda rəqib qapısından keçirib. Cənubi amerikalının orta məhsuldarlığı 0,55-ə bərəbərdi.


Xulio Sezar “Zirə”nin tarixində 10 və daha çox qol vuran 4-cü futbolçudu. Klubun ən yaxşı bombardiri Nelson Bonilla 17, Riçard Qadze 12 dəfə fərqlənib. Rodrigeslə eyni sayda – 10 qol vuran Aslan Hüseynov isə yalnız I divizionda rəqib qapısına yol tapıb.


Qeyd edək ki, Rodriges “Zirə”də ilk qolunu fevralın 10-da “Səbail”lə səfər matçında vurub.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB