TOP 10

Elşad Əhmədova başqa post verildi, baş məşqçi isə...

Futbol
Tarix: 2019-09-16 09:22

"Sabah" Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edilib. Sport24.az klub saytına istinadən xəbər verir ki, əsas komandanın baş  məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək.

 

Qərar klub rəhbərliyi ilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Ötən mövsüm Premyer Liqada debüt edən "Sabah"ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan Elşad Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var. 

 

Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanızın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə “Sabah”ın Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq. 

 

Klub saytının yaydığı xəbərin son abzasında isə yerdəyişmənin səbəbi izah olunur: "Sabah" FK bizi dəstəkləyən bütün azarkeşlərə, sponsorlara təşəkkür edir. Hesab edirik ki, "Sabah" daha uğurlu çıxış etmək və nəticələrini yaxşılaşdırmaq üçün yaxşı potensiala malikdir". 

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB