TOP 10

Turun "Ən"ləri-4: Lideri əzəli rəqibi də dayandırmadı, autsayderi istefa silkələdi

Futbol
Tarix: 2019-09-16 12:59

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə IV tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək son turu dəyərləndirir. 

 

Qapıçı: Asmir Beqoviç ("Qarabağ")

 

Müdafiəçilər: Şəhriyar Rəhimov ("Səbail", 2) - İvitsa Juniç ("Qəbələ") - Bədavi Hüseynov ("Qarabağ") - Amin Seydiyev ("Qəbələ")

 

Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ") - İsmayıl İbrahimli ("Qarabağ", 3) - Cavid Hüseynov ("Zirə", 2) - Roman Hüseynov ("Qəbələ") - Soni Norde ("Zirə", 2)

 

Hücumçu: Mirabdulla Abbasov ("Səbail")

 

 

Turun BAŞ MƏŞQÇİsi - Elmar Baxşıyev ("Qəbələ")

Çempionata ardıcıl 3 məğlubiyyətlə başlayan, qol da vura bilməyən komandada bu iki həsrətə birdən son qoyan tapıldı. Bəli, bu, "Qəbələ"də Sənan Qurbanovun istefasından sonra müvəqqəti baş məşqçi təyin olunan Elmar Baxşıyev oldu. Qurbanovun əsas köməkçisi olmuş bu gənc mütəxəssis çətin Masazır səfərindən qələbəylə dönə bildi. Hər halda, rəqib "Səbail" də yaxşı günlərini yaşamasa da, heyətinə görə "qırmızı-qaralar"dan güclüdü. Göründüyü kimi, 39 yaşlı Baxşıyev bu ikihəftəlik fasilədə ilk növbədə komandanı psixoloji planda düzgün hazırlaya, futbolçuları özlərinə, güclərinə inandıra və yaxşı kökləyə bilib. 

 

 

Turun QƏHRƏMANı - Abdulla Zubir ("Qarabağ")

"Qarabağ"da güclü legionerlər çoxdu. Onlar arasında fərdi oyun keyfiyyətləri ilə Abdullah Zubir xüsusilə seçilir. Fransalı sol cinah yarımmüdafiəçisinin reydlərinin qarşısını almaq heç də asan məsələ deyil. Hətta "Neftçi" kimi güclü komandanın müdafiəçiləri də Zubirin qarşısında aciz qaldılar. Zubir çempionluq mübarizəsində əsas rəqiblə görüşün qəhrəmanı oldu. Əvvəlcə Mahir Mədətovun top boş qapıya göndərməsi üçün hər şey etdi, ardından isə uzaq "doqquzluğ"u dəqiq nişan almaqla özü fərqəndi. Hələ Abdullah nə qədər qol imkanlarını qaçırdı....

 

 

Turun ANTİQƏHRƏMANı - Azər Salahlı ("Keşlə")

"Keşlə"nin ardıcıl iki qələbədən sonra uduzmasında bu müdafiəçisinin kobud səhvinin böyük rolu oldu. Bəli, sol cinah müdafiəçisi Azər Salahlını nəzərdə tuturuq. "Səbail"lə "Bakcell Arena"da matçda rəqibin uzun ötürməsi zamanı mövqe səhvinə yol verən Azər topu qəbul edən, iti küncdən qapıya tərəf gedən Fəhmin Muradbəylini aşkar tutaraq saxladı və penaltiyə səbəbkar oldu. Mirabdulla Ababsov bunu qola çevriərək dublunu rəsmiləşdirdi. İkinci hissənin əvvəlində "Keşlə" hesab arasındakı fərqi azaltsa da, məhz Salahlının qapılarına gətirdiyi qolun əvəzini çıxa bilməyərək uduzdu. Baş məşqçi Tərlan Əhmıdov da Azəri meydanda sonadək oynmağa qoymayaraq əvəzlədi. 

 

 

Turun KOMANDAsı - "Qarabağ"

Çempionatda ilk fasiləyə yüzfaizli nəticəylə çıxan "Qarabağ" bu qələbə, "quru" seriyasını "Neftçi"ylə matçda da davam etdirdi. Özü də 3 xal gözəl oyunla, çempionluq mübarizəsində əsas rəqibini tam üstələməklə qazanıldı. "Qarabağ"ı artıq bu cümə axşamı Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya" ilə çətin matç gözləsə də, gücünü qorumayaraq potensialını tam ortaya qoydu. Bu qələbə sayəsində "Qarabağ" "Neftçi"ni artıq 8 xal qabaqlayır.

 

 

Turun HAKİMi - Əliyar Ağayev ("Qarabağ" - "Neftçi" - 2:0)

Son illərdə Azərbaycanın birmənalı ən güclü hakimi olan Əliyar Ağayev bu tur fərqləndi. Mərkəzi matçı idarə etmək etibar olunan FİFA referisi işinin öhdəsindən yüksək səviyyədə gəldi. Digər maçlarda hakim xətalarının olduğu turda ən az sarı vərəqə göstərən baş hakim də məhz Ağayev oldu - 4.

 

 

Turun SİTATı - Tərlan Əhmədov ("Keşlə)

Bu nominasiyaya ilk dəfə seçilən "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Səbail"lə oyunsonrası mətbuat konfransında baş çıxara bilmədiyi məqama toxunub: "4 turun hamısında ilk hissələri yaxşı keçirməmişik, bilmirəm, bu, nəylə bağlıdı".

 

 

Turun SENSASİYAsı - "Qəbələ"nin ilk qələbəsi

Tarixinin ən pis mövsümünü keçirən "Qəbələ"nin "Sabah"la səfər matçında da uduzacağı gözlənilirdi. Ancaq qonaqlar ikihəftəlik fasilədən sonra meydanda tam fərqli komanda olaraq, tam başqa oyun göstərdilər və layiqli qələbə qazandılar. 

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB