TOP 10

Zubir çempionluq mübarizələrinin çox asan keçəcəyi ilə razılaşmadı: "Ümid edirəm ki, bu qələbə "Sevilya" ilə qarşıdakı matçda da bizə kömək edəcək"

Futbol
Tarix: 2019-09-16 11:17

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, sol cinah yarımmüdafiəçisi əvvəlcə oyun haqda danışıb.

 

- Hər bir görüşə motivasiya ilə çıxırıq. Amma onu da dərk edirik ki, bu qarşılaşma çempionatın vacib matçlarındandır. Ümid edirəm ki, bu qələbə "Sevilya" ilə qarşıdakı matçda da bizə kömək edəcək.

 

- Rəqibiniz ötən mövsüm çempion ola bilmədi və bu dəfə daha iddialı mübarizə aparmaq fikrindədir. Amma bu matç bir daha göstərdi ki, "Qarabağ" üstündür. Komandanız üçün çempionluq mübarizəsinin çox asan keçəcəyini demək olar?

- Bizi hələ uzun yol gözləyir. İndidən nəyinsə qazanıldığını deyə bilmərik. Hər oyuna qələbə üçün çıxırıq. Büdrəməməyə çalışacağıq.

 

- Növbəti oyununuzu "Sevilya"ya qarşı keçirəcəksiniz. Bu komandadan Bakıda xal almaq olar?

- "Sevilya"dan güclü futbolçular getsə də, yerinə yaxşıları da gəlib. İstənilən halda, əlimizdən gələni etməyə çalışacağıq.

 

- Qrupdan çıxmaq şansınızı necə dəyərləndirərdin?

- Bu haqda nəsə danışmaq düzgün olmaz.  Ən yaxşısını etmək istəyirik.

     
16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB