TOP 10

Gerye "Qarabağ"dan ayrılma, "Neftçi"ni seçmə səbəbini açıqladı: "Azərbaycan çempionatını necə aşağılaya bilərəm ki, özüm burada oynayıram"

Futbol
Tarix: 2019-09-16 10:00

"Neftçi"nin yeni transferi Donald Gerye Azərbaycan Premyer Liqasının IV turunda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları səfər matçından sonra müsahibə verib. Sport24.az xəbər verir ki, haitili sol cinah müdafiəçisi əvvəlcə görüş haqda fikirlərini bildirib.

 

- Heç-heçə edə bilərdik. Qol epizodlarımız çox oldu. "Qarabağ" güclü komandadı. Yəqin ki, hesab da oyuna görə idi. Növbəti matçlarda daha yaxşı çıxış etməyə çalışacağıq.

 

- Hiss olunurdu ki, qol vurmaq istəyirsən. Hətta 2 zərbən dirəkdən qayıtdı. Bu qarşılaşmaya özünü "Qarabağ"a sübut etmək üçün çıxmışdın?

- "Qarabağ"da  məni tanıyırlar. Özümü kiməsə sübut etmək fikrim yoxdur. Sadəcə, öz oyunumu oynayıb, komandama faydalı olmağa çalışırdım.

 

- Belə bir məsələ vardı ki, "Qarabağ"dan daha çox pul tələb etdiyinə və klub bununla razılaşmadığına görə komandanı tərk etmisən. Haiti mətbuatında da hələ də "Qarabağ"a qarşı kin saxladğın barədə yazılar var idi. Bunlar doğrudurmu?

- Hər şey elektron poçtumda var. Danışmışdıq ki, mən yeni müqavilə imzalayıram. Onlar iyulun 5-dək maaşın yarısını ödəməli idilər. Həmin vaxt hesabıma köçürmə olmadığını gördüm. Dedilər ki, gəl, bir matçda oyna, maaşının yarısını ödəyəcəyik. Bu, mənə sərf etmirdi. İstəyirlərsə,  hər şeyi sübut edə bilərəm.

 

- Maraqlıdır, nəyə görə məhz "Neftçi"yə keçdi? Başqa təkliflər var idi?

- Fransa və Türkiyədə oynamaq variantım oldu. Amma "Neftçi"ni seçdim. Onların işə yanaşması daha çox xoşuma gəldi.

 

- Soni Nordi "Zirə"yə transfer olunduqdan sonra "Ora sənin yerin deyil" deyə açıqlama vermişdin. "Zirə"ni, yoxsa Azərbaycan Premyer Liqasını nəzərdə tuturdunuz?

-  Nordi çox yaxın dostumdu. Haiti millisinin U-17, U-19 yığmalarında birgə çıxış etmişik. Hər gün danışırıq.Sonu bura gəlmədən öncə mənə yazırdı, soruşurdu. Mən də ona buradakı ən yaxşı klubların "Qarabağ"la "Neftçi" olduğunu bildirdim. Özü Azərbaycanda "Neftçi", "Zirə" və adı yadımda olmayan daha bir klubdan təklif aldığını demişdi. Mən isə "Belə imkanın varsa, "Neftçi"ni seç" cavabını vermişdim. O mənada demişdim ki, "Neftçi" variantın varsa, "Zirə" sənin səviyyən deyil. Amma futbol ictimaiyyəti bunu pis qarşıladı. Azərbaycan çempionatını necə aşağılaya bilərəm ki, özüm burada oynayıram. Norde yüksək səviyyəli futbolçudu. Bunu nəzərə alaraq, onun paylaşımına elə bir şərh yazmışdım. Heç kimə heç nəyi sübut etmək istəmirəm. Öz ürəyim var, mən sizə, siz isə mənə hörmətlə yanaşırsınız.

 

- Düşünmürsən ki, "Qarabağ"la müqayisədə "Neftçi"də çempion olması çətin görünür?
- Futbolda mümkünsüz bir şey yoxdur. Düzdür, hazırda xal fərqimiz çoxdur. Amma çempionatın çox hissəsi irəlidədi. Döyüşsək və daha çox çalışsaq, işləsək, hər şey real ola bilər. Özünüz də inanmasaydınız, jurnalist olmayacaqdınız. Sizin kimi biz də istəyimizə çatmaq istəyirik.

 

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB