TOP 10

Beqoviç böyük gecədə qazandıqları vacib qələbəni şərh etdi: “Qarabağ”dan yalnız müsbət sözlər eşitdiyimə görə qərar vermək çətin olmadı"

Futbol
Tarix: 2019-09-15 23:27

"Qarabağ"ın yeni qapıçısı Asmir Beqoviç debütünün olduğu Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra müsahibə verib. Sport24.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran 32 yaşlı bosniyalı əlcək sahibi əvvəlcə matçla bağlı təəssüratlarını bölüşüb.

 

- Böyük gecə idi. Komandamızın önəmli matçı oldu. Vacib olan üç xal idi və bunu da qazana bildik.

 

- Azərbaycana adlı-sanlı futbolçunu gətirməyin müşkül olduğunu deyirlər. Səni bura necə gətirə bildilər?

- Son illərdə “Qarabağ” barədə xoş sözlər eşitmişdik. Avropada göstəridiyi nəticələrdən məlumatlıyıq. Ümumiyyətlə, “Qarabağ”dan yalnız müsbət sözlər eşitmişdim. Ona görə də qərar vermək çətin olmadı. Burda insanlar xoş münasibət göstərir. Elə komanda yoldaşlarımla da isti münasibətim var. Şadam ki, belə bir qərar vermişəm.

 

- “Neftçi” “Qarabağ”la çempionluq uğrunda mübarizə aparır. Çətinlik hiss etdiniz?

- “Neftçi”nin böyük ənənələrinin olduğunu bilirəm. Azərbaycan üçün vacib komandadır. Bu gün hədəfimiz qələbə idi və qalib gəldik.

 

- “Qarabağ”da hədəflərin nədir?

- Yanvaradək müqaviləm var. Hədəfim, mümkün olduğu qədər komandaya kömək etməkdir. Qarşıda bizi “Sevilya” ilə oyun gözləyir.

 

- “Qarabağ” qrup mərhələsini adlamasa, komandadan gedəcəksiniz?

- İndidən nəsə demək çətindi. Oyundan oyuna düşünürəm.

 

- Avropa Liqasındakı şansları necə dəyərləndirirsın?

- Yaxşı komandamız var. Rəqiblərimiz də gücülüdür. Ümid edirəm ki, növbəti mərhələyə çıxacağıq.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB