TOP 10

Qurban Qurbanov Beqoviçin debütündən razı qalıb, Ayltonun aqressiyasından narahatdı: “Neftçi” bunu bağışlasa da, ispanlar bağışlamayacaq"

Futbol
Tarix: 2019-09-15 23:04

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində evdə “Neftçi”nin 2:0 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Futbolçularımı təbrik edirəm. Sevindiricidir ki, uzun fasilədən sonra da formasını itirməyiblər. İstəkli idilər.

 

- “Sevilya” ilə oyun öncəsi komandanızdan nə dərəcədə razı qaldınız?
- Vaxt keçdikcə, futbolçularımız bir qədər ritmdən düşürdülər. “Neftçi” bunu bağışlasa da, ispanlar bağışlamayacaq. Top itkisinə o futbolçular yol verirdilər ki, buna yol verməməlidilər. Düzdü, “Neftçi” də pis pressinq etmirdi.

 

- Beqoviçin durumundan razısınızmı?
-  Bu gün yaxşı idi. Ancaq 3-4 aydı oyun praktikasından məhrum olub. Hər bir halda belə oyunlarda bizə fayda verəcək.

 

- Çempionatda ən xoş sözlərə layiq İsmayıl İbrahimlinin Avropa Liqasında debüt etmə şansları nə dərəcədədi?
-  İndidən proqnoz vermək çətindi. Ancaq birdən-birə belə oyunlara atmaq onu “yandıra” bilər.

 

- Ayltonun aqressiyası nə ilə bağlı idi?
- Bu, məni də narahat edir. Bu aqressiya komandaya da, özünə də mane ola bilər.
 

 

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB