TOP 10

Tərlan Əhmədova komandasının ilk hissələri yaxşı keçirməməsi qaranlıq qalıb: "İlk dəqiqələrdə komanda “yatmışdı”

Futbol
Tarix: 2019-09-15 20:29

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının IV turunda "Səbail"ə evdə 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvəvlcə oyun haqda fikirlərini bildirib.

 

- İlk növbədə rəqibi qəbələ münasibəti təbrik edirəm. Gözləmirdim ki, belə pis başlayarıq. İlk dəqiqələrdə komanda “yatmışdı”. İki qoldan sonra oyunu ələ ala bildik. Hər halda, ikinci hissəni bütövlüklə hücumda keçirdik, ancaq son nöqtəni qoya bilmədik. Bəlkə də, iki qələbədən sonra arxayınlıq yaranmışdı. Keçən keçib. Epizodlarımız oldu, demək bu gün bizim günümüz deyilmiş. İrəli baxmaq lazımdı. Sentyabrın 22-də "Neftçi"ylə ağır matçımız var. Həmin qarşılaşmaya yaxşı hazırlaşmalıyıq.


- İlk qolun təkrarına baxmısınız?
- Xeyr, heç nəyə baxmamışam.

- Oyundankənar vəziyyət var idi...
- Oxşayırdı. Ancaq heç nəyi geri qaytara bilmərik. İlk iki turda iki futbolçu itirmişdik, ancaq Hakimlər Komitəsinin sədri hakimlərin səhvlərinin olduğunu demişdi. Olan oldu. İrəli baxmalıyıq. Çünki heç nəyi qaytara bilmərik.


- Dediniz ki, ilk hissədə komanda "yatmışdı". Onları oyatmaq üçün hansı "iynədən" istifadə etdiz?
- Yeni komandayıq. 4 turun hamısında ilk hissələri yaxşı keçirməmişik. Bilmirəm, bu, nəylə bağlıdı. Bəlkə də, ehtiyatlı davranırlar. Futbolçuları sadəcə, sözlə motivasiya etdik. Komanda uduzursa, nəsə deyirsən ki, onlara toxunsun. Futbol aqressiyasız mümkün deyil. Rəqibi belə oyuna görə təbrik edirəm. Biz də hər matçda belə oynamalıyıq.

 

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB