TOP 10

“Sevilya” Bakıya qələbə ilə gəlir - VİDEO

Dünya Futbolu
Tarix: 2019-09-15 18:17

Futbol üzrə İspaniya La Liqasında 4-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Sevilya” da növbəti matçına çıxıb.
 

Sözügedən klub səfərdə “Alaves”lə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən qələbə ilə ayrılıb – 1:0.


“Sevilya” bu qələbədən sonra hazırda 10 xalla zirvədə qərarlaşıb.


“Sevilya” ilə “Qarabağ” arasındakı ilk oyun sentyabrın 19-da Bakıda baş tutacaq, cavab görüşü isə noyabrın 28-də İspaniyada keçiriləcək.


16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB