TOP 10

Ufuk Budakın komandası ilk qələbəsini qazandı

Dünya Futbolu
Tarix: 2019-09-15 17:07

Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın yenicə transfer olunduğu “Altınordu” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Əskişəhərspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.


Ufuk bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.


“Altınordu” hazırda 4 xalla 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB