TOP 10

Nəbiyevli “Slaviya” 3 xalı 4 qolla qazandı

Dünya Futbolu
Tarix: 2019-09-15 16:25

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, sözügedən komanda 6-cı tur çərçivəsində doğma meydanda “Sokol Hostoun” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.
 

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 3 qol vuran millimizin üzvü bu dəfə fərqlənə bilməyib.


“Slaviya”nın U-21 komandası 6 turdan sonra 9 xalla 16 iştirakçı arasında 7-cidi.
 

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB