TOP 10

Rəsul Çunayevlə İslam Abbasov DÇ ilə erkən vidalaşdı

Güləş
Tarix: 2019-09-15 15:37

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67, 87 və 97 kq-da mübarizə baş tutub.
 

Rəsul Çunayev təsnifat mərhələsində Macarıstan güləşçisinə ilk hissədə tam üstünlüklə qalib gəlib. Ancaq 1/16 finalda hakimlərin də müəmmalı qərarlarıyla güləşçimiz ikiqat dünya çempionu olan Koreya təmsilçisinə uduzub.


İslam Abbasov ilk görüşdə Gürcüstan pəhləvanını məğlub edib. Ancaq 1/8 finalda İran güləşçisiylə bacarmayıb.


Orxan Nuriyev də startda yerli idmançıya yenilib.


67 kq
Təsnifat - Rəsul Çunayev - Mate Kraşnay (HUN) 8:0
1/16 final - Rəsul Çunayev - Hansu Ryu (KOR) 1:2


87 kq
1/16 final - İslam Abbasov - Qurami Xetsuriani (GEO) 4:0
1/8 final - İslam Abbasov - Ramin Soltanmurad Taherisartanq (İRİ) 0:6


97 kq
1/16 final - Orxan Nuriyev - Yerulan İskakov (KAZ) 1:2

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB