TOP 10

Əliyev üçün 65 dəqiqə və 3 xal

Dünya Futbolu
Tarix: 2019-09-15 14:44

Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 13-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Çayka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.


Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.


“Ximki” 13 turdan sonra 30 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB