TOP 10

Bordin "Qarabağ"la qarşılaşmanı futbolçuları üçün yetərli motivasiya sayır: "Gerye keçmiş komandasıyla matça psixoloji tam hazır ola bilər, amma..."

Futbol
Tarix: 2019-09-15 13:00

"Neftçi"ni Premyer Liqamızda ikihəfətlik fasilə bitəndən sonra çox çətin sınaq gözləyir. Bu, 3 oyuna 9 xal toplayan, qapısında top da görməyən "Qarabağ"la bugünkü səfər matçıdı. "Ağ-qaralar"ın italiyalı baş məşqçisi Roberto Bordin IV turun mərkəzi oyunu öncəsi Sport24.az-ın suallarını cavablandırıb. 

 

- Millimizin rəsmi oyunları ilə əlaqədar Premyer Liqamızda yaranmış ikihəftəlik fasilədən necə yararlana bildiniz?

- Yaranmış fasilə milli üçün də xeyirli oldu. Çünki yaxşı oyunlar nümayiş etdirdi. Xüsusilə Xorvatiya ilə xal qazandıqları matçı vurğulamaq istəyərdim. Bundan əlavə, bizim komanda üçün fasilə çox səmərəli keçdi. Çünki əlimdə olan futbolçularla kifayət qədər yaxşı məşqlər keçdik, çatışmayan cəhətlər üzərində işlədik və "Qarabağ"la matça ciddi hazırlaşmışıq.

 

- Həmin qarşılaşmadan gözləntiniz nədi? Adətən belə matçlarda favorit olmur, ancaq "Qarabağ" çempionata çox yaxşı başlayıb...

 - Düz vurğuladınız, "Qarabağ" bu mövsümə çox yaxşı başladı. Həm çempionatda qələbələri sıralayır, həm də Avropa Liqasında qrup mərhələsinə yüksələ bildi. Bəli, dediyiniz kimi, bu görüşdə favorit yoxdu. Rəqibdən fərqli ötən mövsümkü kimi çempionata yaxşı başlaya bilmədik. Ancaq buna baxmayaraq, çox istəkliyik və meydana 3 xal üçün çıxacağıq.

 

- Yəqin ki, "Neftçi"nin milli üzvləri yüksək əhval-ruhiyyədə qayıdıblar. Psixoloji cəhətdən digər komanda yoldaşlarına bu, motivasiya verirmi? Milli üzvlərinizin fiziki durumları necədi?

- Milli futbolçuları fiziki cəhətdən yorğun görünə bilərlər. Ancaq bu, o demək deyil ki, növbəti matça tam hazırlaşmağa özlərində güc tapa bilməyəcəklər. Növbəti qarşılaşmamız üçün əlavə motivasiyaya ehtiyac yoxdu. Çünki "Qarabağ"a qarşı oynayacağıq. Bunun da özü futbolçularımıza motivasiya olmalıdı. Deyərim ki, millinin futbolçuları gözəl çıxış etdilər. Dünya vitse-çempionuyla heç-heçə oynadılar. Bu da futbolçulara oyuna tam hazır olmaları üçün əlavə motivasiya oldu.

 

- Donald Gerye fasilə zamanı komandaya qoşuldu. İndi hansı vəziyyətdədi? "Neftçi"də debütü keçmiş komandasına qarşı olacaqmı?

- Düzdür, Gerye komandaya bir az gec qoşuldu. Amma buna baxmayaraq, bura gələndə heç də futbolçulardan geri qalmırdı. Çünki fərdi məşqlər keçmişdi,q fiziki hazırlığını lazımı səviyyədə qoruyub saxlamağa çalışırdı. Bura gələndə yalnız komanda məşqi çatışmırdı. Bizə qoşulmaqla bu çatışmazlığı aradan qalxdı, artıq komandaya yaxşı uyğunlaşır. Düzdür, matça psixoloji cəhətdən tam hazır ola bilər. Amma əsas heyətdə oynayıb-oynamayacağına sonda qərar verəcəyik. 

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB