TOP 10

“Spartak” Ayaz Quliyevin yoxluğunda məğlubiyyətlə üzləşdi

Dünya Futbolu
Tarix: 2019-09-15 11:00

Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Ural”la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.


Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sarı vərəqə limitini doldurduğu üçün, bu görüşün iştirak ərizəsində də yer almayıb.


“Spartak” 9 turdan sonra 14 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB