TOP 10

Yusifzadə DÇ-nin 1/8 finalında – erməni ilə qarşılaşacaq

Boks
Tarix: 2019-09-15 00:10

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, mundialın altıncı günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb.
 

52 kq çəkidə mübarizə aparan Məsud Yusifzadə Yekaterinburqda ilk qarşılaşmasını keçirib. 1/16 final mərhələsi çərçivəsində Səid Mortaji (Mərakeş) ilə qarşılaşan təmsilçimiz 5:0 (30:26, 30:27, 29:28, 30:27, 29:29) hesabı ilə qələbə qazanıb. O, növbəti döyüşündə ermənistanlı Artur Hovannisyanı sınağa çəkəcək. 1/8 final mərhələsinin görüşü sentyabrın 17-də olacaq.


Yusifzadədən fərqli, Amin Kuşkov (75 kq) 1/16 final səddini keçə bilməyib. İlk görüşündə türkmənistanlı Nursahat Pazziyevə qalib gələn boksçu rusiyalı Qleb Bakşiyə məğlubiyyətə üzülüb. Gərgin keçən döyüş rəqibin 4:1 (30:27, 28:29, 29:28, 30:27, 30:27) hesablı qələbəsini rəsmiləşdirib.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB