TOP 10

Bəhlul Mustafazadə: "Bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq"

Futbol
Tarix: 2019-09-15 00:06

"Keçmiş klubuma qarşı oynamadım, sıradan, çempionat oyunu idi. Qələbə qazanmağa çalışırdıq, istəmədiyimiz nəticə oldu. Nə deyəcəyimi bilmirəm". Sport24.az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Bəhlul Mustafazadə Premyer Liqanın IV turunda "Qəbələ"yə evdə 0:1 hesabıyla uduzduqları matçdan sonra jurnalistlərə açıqlamasında bildiirb.

 

Millimizin də üzvü olan mərkəz müdafiəçisinin fikrincə, birinci hissədə yaratdıqları qol epizodlarından istifadə etsəydilər, bir qədər rahatlaşıb daha səliqəli, nizamlı oynayardıılar. "Ancaq yaratdığımız qol vəziyyətlərini qaçırdıq. Vaxt keçdikcə, özümüzdə təzyiq artdı və belə olan halda oyunmuzu göstərə bilmədik. Bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq. Oyundan sonra paltardəyişmə otağında baş məşqçi bizə bunu bildirdi. Növbəti tur uğursuzluq seriyasını artıq qırmalıyıq. Ən qısa zamanda toparlanıb 3 xal qazanacağımıza inanıram".

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB