TOP 10

Elmar Baxşıyev "Qəbələ"də ilk qələbəni gətirən əsas dəyişikliyi açıqladı: "Bizə siqnal gəldi ki..."

Futbol
Tarix: 2019-09-14 22:21

"Qəbələ"nin məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının IV turunda "Sabah"a səfərdə 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə matçı dəyərləndirib.

 

- Çətin oyun olacağını bilidik. "Sabah" yaxşı komandadı. Bizim üçün asan olmadı. Çalışdıq ki, ikihəftəlik fasilədə komandanı bu durumdan çıxaraq. Bir az təsir etdi. Komanda əvvəlki oyununu göstərməyə başladı. 

 

- Bu qısa müddətdə əsas nə dəyişdi?

- Yanaşma. Çalıdşıq ki, ilk 3 oyunu unudaq, sıfırdan başlayaq. Futbolçuları öz güclərinə inandırmağa çalıdşıq.

 

- Belə güclü rəqibi səfərdə məğlub edəndən sonra bu nəticəni təkrarlamaq mümkün olacaq?

- Sentyabrın 4-də yığışanda bizə siqnal oldu ki, yaxşı oyun göstərə bilərik. Bunu məşqlərdə hiss etmişdik. "Sumqayıt"la yoxlama matçında keyfiyyətli oyun göstərdik. Davamını bu gün gətirdik.

 

- Sənan Qurbanovun vaxtında niyə bunu etmək mümkün deyildi? Hər halda, köməkçisi idiniz və məsləhətlərinizi vermək olardı...

- Qurbanovla uşaqlıqdan bir komandalarda oynamışıq, sonradan bir yerdə məşqçi işləmişik. Hörmət etdiyim şəxsdi. Bizdə də qarantiya yoxdur ki, hər şey alına bilər. İlk gündən futbolçuları inandırmağa çalışdıq ki, heç kimdən zəif deyilik. Qələbənin payı komandanındı, çünki meydanda tapşırıqları futbolçular icra edirlər.

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB