TOP 10

Sotomayor DÇ-nin 1/16 finalında

Boks
Tarix: 2019-09-13 17:51

Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub. Sport24.az xəbər verir ki, 69 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor 1/32 final mərhələsində Avstraliya təmsilçisi Ceyson Mallia ilə üz-üzə gəlib.
 

Görüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. O, gərgin keçən döyüşdə rəqibini 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, 1/16 finala yüksəlib.


Sotomayor növbəti qarşılaşmasında əlcəzairli Şemseddin Kramounu sınağa çəkəcək. Görüş sentyabrın 16-da olacaq.


Qeyd edək ki, mundialın əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) da 1/16 finala yüksəlib.

CBCsport
13 Dekabr 2019
12 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB