TOP 10

Terimin cəzasına endirim

Dünya Futbolu
Tarix: 2019-09-12 20:56

Türkiyə çempionu “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin 4 oyunluq diskvalifikasiyaya məruz qaldığını xəbər vermişdik. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşdıqları “Kayserispor”la oyundan sonrakı açıqlamalarına görə cəzalanmışdı.
 

Bu gün “Qalatasaray”ın şikayəti əsasında Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi həmin məsələyə yenidən baxıb. Qurum təcrübəli mütəxəssisin cəzasını 3 oyuna endirib. Terim həmin açıqlamalarla əlaqədar 19 min yox, 13 min TL cərimə ödəyəcək.


“Qalatasaray”ın baş məşqçisi qarşıdakı turlarda “Kasımpaşa”, “Malatyaspor” və “Fənərbaxça” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB