TOP 10

“Sumqayıt”dan daha iki transfer - RƏSMİ

Futbol
Tarix: 2019-09-12 18:32

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə daha 2 futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, son mövsümü müvafiq olaraq BATE (Borisov) və “Torpedo”nun (Moskva) heyətində keçirmiş futbolçular – Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla 2 illik müqavilə imzalanıb. Cəmaləddin “Sumqayıt”da “5”, Rəhim isə “90” nömrəli formada çıxış edəcək.


Qeyd edək ki, Sankt-Peterburq “Zenit”inin yetirməsi olan Cəmaləddin Xocaniyazov 2012-2016-cı illərdə adıçəkilən komandanın əsas və əvəzedici komandalarında çıxış edib (10 oyun). Son klubu BATE (2 oyun) olan Cəmaləddin Rusiyanın “Ural” (1 oyun), “Baltika” (2 oyun), “Soçi” (8 oyun), “Amkar” (Perm, 1 oyun) və Danimarkanın “AGF Aarhus” (35 oyun, 1 qol) klublarının şərəfini qoruyub.


Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində “Solyaris” (Moskva) (16 oyun) və “Torpedo”nun (Moskva) (71 oyun, 23 qol) uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB