TOP 10

Futbol Veteranları etiraz edir: “Bu cür addım adımıza bir ləkədi”

Futbol
Tarix: 2019-09-12 18:24

Ötən gün AFFA Azad Həmkarlarlar İttifaqınının təsis konfransı keçirildi və quruma Nazim Süleymanov sədr seçildi. Bu gün isə AFFA bəyanat yayaraq, Assosiasiya aidiyyatının olmadığını elan etdi. Məsələyə Azərbaycan Futbol Veteranları da biganə qalmayıblar. Bu gün onlar da toplantı keçiriblər. Bu barədə Sport24.az-a veteran futbolçu Rafiq Mirzəyev məlumat verib:


“Ötən gün mətbuatdan belə bir qurumun yaradılmasından xəbər tutduq. Nazim Süleymanov böyük futbolçu olub, amma böyük səhvə yol verib”.


Həmsöhbətimiz səhvin nədən ibarət olmasına da aydınlıq gətirdi: “İlk növbədə Oqtay Abdullayevlə - Azərbaycan Futbol Veteranları İttifaqının sədri ilə görüşməli, məqsədləri barədə onu məlumatlandırmalı idi. Dəqiq kimlərin orada iştirak etdiklərini bilmirəm. Amma bunu bilirəm ki, əksər tanınmış veteranlar həmin konfransda olmayıblar. Bax, buna görə də Nazim müəllimin düzgün hərəkət etmədiyini deyirəm. Veteranlar İttifaqı ola-ola başının üstündən aşıb qurum yaratmaq duz deyil. Bütün respublika Oqtay Abdullayevi Futbol  Veteranları İttifaqına sədr seçib. Bu gün də bir yerə toplaşaraq Nazim müəllimin hərəkətini pislədik”.


Mirzəyev toplantıya qatılan bir sıra veteranın adını da çəkdi: “Füzuli Cavadov, İsgəndər Cavadov, Maşallah Əhmədov, Təbriz Həsənov, Hüseyn Məhəmmədov, Emin Quliyev, Zaur Ramazanov və başqa veteranlar bir araya gəlmişdi. Elə AFFA da haqlı olaraq bu qurumda toplaşan insanların assosiasiyanın həmkarlar ittifaqının yaradılmasını qeyri-qanuni elan edib. Aydın məsələdir ki, AFFA-da çalışmayan insan AFFA-nın Həmkarlar İttifaqını yarada bilməz. Bu cür addım futbol veteranları adına bir ləkədi. Bir millətik, bir torpaqda yaşayırıq, amma parçalanırıq. Belədə, birlik olmayacaq. Hərə bir tərəfə dartır. Axı, birgə qərar vermişdik ki, Veteranlar İttifaqının sədri Oqtay Abdullayev olsun. İndi də məlum olub ki, Oqtay müəllimin bu qurumdan ümumiyyətlə, xəbəri yoxdu. Onunla məsləhətləşmək lazım idi. Əlbəttə, düzgün yolunu göstərərdi. Veteranlar İttifaqına müraciət olunsaydı, bunu düzgün istiqamətə yönəltmək olardı. İndi isə sadəcə, parçalanmaya səbəb olan addım atıldı”.
 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB