TOP 10

“Qarabağ” azarkeşləri birinci oldu – UEFA-nın hesabatında

Futbol
Tarix: 2019-09-12 15:22

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsinə qatılan klubların sosial şəbəkələrdəki rəsmi səhifələrində azarkeşləri ən aktiv olan klubun adını açıqlayıb. Sport24.az xəbər verir ki, bu, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubudu. 


Ağdam komandasının hər bir izləyicisinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada 23,7 göstərici ilə Serbiya “Srvena Zvezda”sı dayanır. Hollandiyanın “Ayaks” klubu isə 3-cü sıradadı.


Sosial şəbəkələrdə ən çox izləyicisi olan klub İspaniya təmsilçisi “Real Madrid”dir – 222 milyon. Bu, 2019-cu ilin iyul ayının göstəricisidi.


2018-ci ilin iyunundan 2019-ci ilin müvafiq dövrünə qədər Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) yer alan 80 klublun sosial şəbəkələrdəki səhifələrində ümumilikdə 8,4 milyard fəaliyyət olub (bəyənmə, şərh, paylaşım).


Qeyd edək ki, hesabat hazırlanarkən, “Facebook”, “Instagram”, “YouTube” və “Twitter”dəki göstəricilər nəzərə alınıb.

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB