TOP 10

"Qəbələ"nin futbolçusu qoruyucu maskada oynayacaq

Futbol
Tarix: 2019-09-12 16:18

"Qəbələ"nin hücumçusu Kristian Kuakunun Premyer Liqanın qarşıdakı turunda sentyabrın 14-də "Sabah"la səfər matçında iştirakı sual altındadı. Komandanın baş məşqçisi Elmar Bxaşıyev Sport24.az-a açıqlamasında Fil Dişi Sahilində  olan hücumçuda yüngün əzələ dartması olduğunu bidlirib: "Bu, son turda 90 dəqiqə oynadığı "Keşlə"ylə matçdan sonra yaranıb. Kristian artıq fərqi məşqlərə başlayıb. Məşqlərdə özünü yaxşı göstərsə, tam hazır olsa, çalışaraq ki, xidmətindən yararlanaq".

 

"Qəbələ"nin Avropa Liqasında "Dinamo"yla Tiflisdəki matçında sifətindən ağır xəsarət alaraq ambulansla dərhal xəstənaxaya aparılan və əməliyyat olunan legioneri İvitsa Yuniç artıq düşərgədə qayıdıb. Bu müddətdə daha çox Vətənində müalicə olunan, bərpa prosesi keçən xorvatiyalı mərkəz müdafiəçisi artıq komandayla birgə çalışır. Baxşıyevin sözlərinə görə, onun heç bir problemi qalmayıb: "İvitsa fasilədə "Sumqayıt"la yoxlama matçında 90 dəqiqə meydanda oldu. Özünü yaxşı hiss edir. Dzüdür, qoruyucu maskayla oynadı. Ancaq çalışırıq ki, məşqlərdə maskasız olsun. Hərdən onu taxır. hərdən yox. Həkim məsləhət etdi ki, bir müddət taxsın. "Sabah"la matçda oynasa, qoruyucu maskada olacaq. O, elə bir yerdən zədə almışdı ki, sadəcə, sağalması üçün 1 ay gözləmək lazım idi. Həkim rentgen müayinəsindən də keçirib, heç bir problemi yoxdu. Nə məşq etməyinə, nə də oynamağında".

 

Xatırladaq ki, “Qəbələ”nin 0:3 hesablı məğlubiyyəti ilə bitdiyi həmin matçda Juniç 37-ci dəqiqədə komanda yoldaşı Rasim Ramaldanovla toqquşub və meydanı xərəkdə tərk edən futbolçunun almacı sümüyünün qıırldığı aşkarlanıb.

 

 

MEHMAN SÜLEYMANOV
 

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB