TOP 10

Baxşıyev fasilədən sonra fərqli "Qəbələ" vəd, "Sabah"dan çəkinmədiklərini bəyan etdi: "Futbolda "qara zolaq" deyilən bir şey yoxdu"

Futbol
Tarix: 2019-09-12 15:00

Premyer Liqamızda ilk istefa fasilə öncəsi baş verdi. "Qəbələ" Sənan Qurbanovun istefasını qəbul edərək baş məşqçinin vəzifəsinin icrasını onun köməkçisi Elmar Baxşıyevə tapşırdı. 39 yaşlı mütəxəssis Sport24.az-a müsahibəsində komandada bu müddətdə gördükləri işlər və debüt matçının olacağı "Sabah"la səfər oyunundan gözləntilərindən danışıb. 

 

- Milli komandaların oyunları ilə əlaqədar fasilədən nə dərəcədə faydalana bilirsiniz? "Sumqayıt"a 3:1 hesabıyla qalib gəldiyiniz yoxlama matçı sizə hansı "material"ı verdi?

- Çalışırıq ki, bu ikihəftəlik fasilədən səmərəli istifadə edək. Həmin matçda bəzi taktiki dəyişikliklər etdik, bəzi futbolçuları fərqli mövqelərdə yoxladıq. Bizə həm bu yerdəyişmələr, həm də ümumiyyətlə, bu oyun lazım idi. Həmin matçda diqqətimizi sırf nəticə qazanmağa yönəltməmişdik.

 

- Nəticəni bir qırağa qoyaq, komandanın göstərdiyi oyundan razı qaldınız?

- Narazı qaldığımız epizodlar da var. Gəlin, bunu açıqlamayım (gülür) Bu, komanda daxilində olan bir şeydi. Onları da futbolçularla təhlil etmişik. Komanda hələ o səviyyədə deyil ki, hər şeydən razı olasan. Hələ çox iş var ki, komanda şəklində başımızı aşağı salaraq onu görməliyik  Bizdə iki futbolçu millilərdə oldular - Amin Seydiyevlə Klesio Bauk. Onların yerində - müdafiənin sağ və yarımmüdafiənin sol cinahında başqa futbolçulara şans verdik. Pis alınmadı.

 

- Bu əsas heyət futbolçularınız demək olar oyuna hazırlıqda iştiark etməyiblər...

- Bizi də narahat edən bu  amildi. Sadəcə, bununla barışmaq laızmdı. Hər halda, milli komandaya gediblər, hardasa istirahətdə olmayıblar. Komandada olan bütün futbolçulara innaırıq. Kimə şans versək, çıxıb ən yaxşısını etməyə qadirdilər. Milli futbolçularımızın növbəti oyunda əsas heyətdə olub-olmayacaqlarını qarşıdakı məşqlər göstərər. Kim özünü yaxşı tərəfdən göstərirsə, onlara şans verəcəyik. 

 

- Taktiki planda dəyişiklik etməyi, sizin rəhbərliyiniz altında fərqli futbol oynamağı düşünürsünüz?

- İlk növbədə komandaya özünəinamı, futbolçuların bir-birinə inandırmağa çalışırıq. İnam olan yerdə hər şeyə nail olmaq mümkündü. 

 

- Psixoli planda çalışmaqla, fərdi söhbətlərlə futbolçuları bu çətin durumda, belə demək mümkünsə "bataqlıq"dan çıxara bilirsiniz?

 - Futbolda işlədilən "bataqlıq", "qara zolaq" kimi ifadələrə önəm vermirəm. Futbolda "qara zolaq" deyilən bir şey yoxdu. Sadəcə, işə yanaşma və psixoloji durum var. Psixoloji çətinlikləri uzaqlaşdıra bilsək, hər şey qaydasına düşəcək. 

 

- Komandada olan hazırkı durum sizə nikbinlik verirmi ki, fasilədən sonra fərqli çıxış edə bilər?q Nəhayət, qol vura bilər, ən birinci bundan başlayaq...

- Fərqli olmağına fərqli olacaq. Bizim də istədiyimiz odur ki, komanda tapşırıqlarını yerinə yetirsin və meydançada maksimunu qoymağı bacarsın. Futbolçulardan ilk növbədə tələbim bu, olacaq ki, aqressiv, istəkli, əzmkar olsunlar. Futbolda bu amillər olmadığı yerdə başqa heç bir şeydən - taktiki, texniki hazırlıqdan danışmaq sadəlövhlük olar. 

 

- Debütünüz mükafatlara iddialı "Sabah"la onun meydanında olacaq. Həmin "Sabah" ki,startı  uğurlu olmayıb və "yaralı aslan"a bənzəyərək ilk qələbsini "Qəbələ" üzərində qazanmağa köklənib...

- Yaxşı heyətinə görə öz oyun dəst-xətti olan komandadı. Hər bir rəqibimizə hörmət edirik. Ancaq desək ki, çəkinmirik, yox. Bu komandaya inanıram. Komanda şəklində heç bir rəqibimizdən zəif deyilik. 

 

- "Sabah"ın yüksəlişdə olmaması xeyrinizdədimi?

- Bizi rəqibin durumu maraqlandırmır. Öz vəziyyətimizə diqqət yetirik. Oyun varsa, enişdən danışmağa ehtiyac yoxdu. Əsas komandanın lazım olan keyfiyyəti göstərməsidi. Bu zaman qələbələr uzaqda deyil. 

 

MEHMAN SÜLEYMANOV

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB