TOP 10

Nazarov almanlara özüylə gətirdiyi pozitiv hisslərdən danışdı: "Bütün Azərbaycanı xoşbəxt etdik"

Futbol
Tarix: 2019-09-12 10:32

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə oyunu barədə Almaniya mətbuatına danışıb. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi özünü yaxşı hiss etdiyini bildirib: "Uels və Xorvatiya yığmaları ilə qarşılaşmalarda demək olar ki, sonadək meydanda oldum. Nəticədə vacib oyun vaxtı əldə etdim. Böyük döyüşkənlik nümayiş etdirərək, bütün ölkəni xoşbəxt etdik. Bu pozitiv hissi özümlə klubuma gətirdim".

 

Nazarov Xorvatiya ilə oyundan sonra uzun yolçuluq qət edib. Belə ki, futbolçu gecə ilə Bakıdan Frankfurta, ordan Drezdenə təyyarə, daha sonra Aueyə maşınla yol qət edib. Ertəsi gün o, klubunun məşqinə qatılıb: "Növbəti turda meydana çıxmağı çox istəyirəm. Özümü burada rahat hiss edirəm. Mənə oyun vaxtı çox istədiyim sərbəstlik verilir. Yeni baş məşqçi Dirk Şusterin komandalarına qarşı çıxış etmişəm. Fikrimcə, Şuster oyun keyfiyyətlərimdən xəbərdardır".

 

"Aue" II Bundesliqanın VI tur matçında sentyabrın 15-də evdə "Osnabrük"la görüşəcək. 

 

Xatırladaq ki, Nazarov millimizin son 2 matçında əsas heyətdə meydana çıxıb. 

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB