TOP 10

UEFA-nın yeni avrokubok turnirinin adı bəlli oldu

Dünya Futbolu
Tarix: 2019-09-12 10:42

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək üçüncü avrokubok turnirinin adı müəyyənləşib. Sport24.az "Bild" nəşrinə istinadən xəbər verir ki, qurum həmin turniri Konfrans Liqası adlandıracaq. 
 

Konfrans Liqasının 2021/22 mövsümündən etibarən başlaması nəzərdə tutulub. Bu, Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü ən vacib avrokubok turniri olacaq.


Yarışın formatının Çempionlar Liqasının formatına (32 komanda, 8 qrup) bənzəyəcəyi ehtimal olunur. Qrup liderləri birbaşa 1/8 finala vəsiqə qazanacaq. İkinci yeri tutan kollektivlər pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda üçüncü olan komanda ilə mübarizə aparacaq. Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB