TOP 10

“Qarabağ”dan ayrıldı, Çexiya klubu ilə müqavilə bağladı

Dünya Futbolu
Tarix: 2019-09-11 22:38

Bir müddət öncə “Qarabağ”dan ayrılan Con Delarjın yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, konqolu futbolçu karyerasını Çexiyada davam etdirəcək.


29 yaşlı vinger bu ölkənin yüksək liqa təmsilçisi “Dinamo” (Çeske Budeyovitse) klubuna keçib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.


Delarj bu ilin sonuna kimi sözügedən komandanın formasını geyinəcək. Ancaq 4 aydan sonra tərəflərin yeni müqavilə bağlaması da mümkündü.


Qeyd edək ki, Delarj ötən ilin yayında "Qarabağ"la 2+1 illik müqavilə imzalamışdı. Amma intizamsılığına görə əsas heyətdən kənarlaşdırılan futbolçu əvəzedici komandaya göndərilmişdi.

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB