TOP 10

“Valensiya” baş məşqçisini qovdu – Yenisi də bəllidi

Dünya Futbolu
Tarix: 2019-09-11 20:13

İspaniyanın “Valensiya” klubu baş məşqçisi Marselino Qarsiya Toralı istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. İstefanın səbəbi açıqlanmayıb.
 

İspaniya mətbuatı komanda daxilində fikir ayrılıqları olduğunu yazıb. "Valensiya"nın sahibi Piter Limomla Marselino arasında münaqişələrin olduğu iddia olunub.


Artıq klub yeni baş məşqçisini də müəyyənləşdirib. Elita təmsilçisi sabiq “Barselona”lı Albert Seladesə tapşırılıb. 43 yaşlı mütəxəssis İspaniyanın U-16, U-21 yığmalarında çalışıb, həmçinin Madrid “Real”ında baş məşqçi köməkçisi kimi fəaliyyət göstərib. “Barselona”nın yetirməsi olan Selades futbolçu karyerası dönəmində “Selta”da, “Bordo”da, “Saraqosa”da və Madrid “Real”ında oynayıb. O, “Valensiya” ilə 2021-ci ilin yayına kimi müqavilə bağlayıb.


Qeyd edək ki, "Valensiya" La Liqada 3 turdan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb.

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB