TOP 10

Ronaldodan yeni rekord

Dünya Futbolu
Tarix: 2019-09-11 18:00

Portuqaliya milli komandası AÇ-2020-nin seçmə mərhələsində Litva yığmasını məğlub edib – 5:1. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Potuqaliya millisinin üzvü Kriştiano Ronaldo yeni rekorda imza atıb.

 

Litva ilə oyunda 4 qol vuraraq, poker edən Ronaldo, Avropa çempionatlarının seçmə mərhələlərində vurduğu qolların sayını 25-ə çatdırıb. Portuqaliyalı hücumçu bununla da, AÇ-nin seçmə mərhələlərində ən çox qol vuran futbolçu ünvanını qazanıb.

 

Ronaldodan əvvəlki rekord İrlandiya millisinin sabiq üzvü Robbi Kinə aid idi. Keçmiş forvard AÇ-nin seçmə mərhələlərində 23 qol vurmuşdu.

21 Noyabr 2019
20 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB