TOP 10

Millimizdən daha çox şey gözləyən, futbolçularımızın Gürcüstan çempionatına getməsini qəribə qarşılayan Xizanaşvili: "Azərbaycan karyeramda iki müsbət məqam var ki..."

Futbol
Tarix: 2019-09-11 16:00

Gürcüstan U-21-nin AVRO-2021-nin seçmə mərhələsində Bakıya gələn məşqçilər korpusunda tanış sima vardı. Bu, 2015-17-ci illərdə "İnter"də çıxış etmiş tanınmış gürcü futbolçu Zurab Xizanişvili idi. 38 yaşlı keçmiş müdafiəçi karyerasını məhz ölkəmizdə bitirərək artıq məşqçi kimi çalışır. Xizanaşvili U-21 yığmamıza "Dalğa Arena"da 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra Sport24.az-ın suallarını cavablandırıb.  

 

- Yenidən Bakıya qayıtmaq, yenidən "Dalğa Arena"da olmaq. Təəssüratlarınızı bölüşərdiniz...

- Bakıda həmişəki kimi gözəldi (gülür). Sadəcə, yadımdadı, "Dalğa Arena"nın qazonu əvvəl süni idi, indi təbii. Bir az da korlanıb.

 

- Hər halda, bu qazonda inamlı qələbə qazandınız. Bunda əsas amil nə oynadı?

- Müsbət nəticə qazandıq. Hər halda, rəqibi 3 cavabsız qolla məğlub etdik. Yaxşı nəticə qazanmağımız üstün oyun göstərməyimiz, çoxlu qol imkanımızın olmasıyla bağlıdı.

 

- Bəs, yığmamız hansı planda diqqətinizi çəkdi?

- Millinizdə konsentrasiyanı 2 futbolçuya yönətlmişdik - İsmayıl İbrahimli və Barış Ekincierə. Çünki əsas təhlükə onlardan gəlirdi - biri texnikalı, digəri sürətlidi. Ancaq futboıçularımız onların öhdəsindən gəldilər.

 

- Hesab oyuna görə oldu? Yığmanız bizdən bir baş güclü idi?

- Yığmanızdan daha çox şey gözləyirdik. Çünki son oyuna - Slovakiyaya 2:1 hesabıyla qalib gəldikləri matça əsasən belə fikirdə idi. Gözləyirdik ki, daha gərgin mübarizə olacaq. Ancaq elə alındı ki, rəqibi üstələyərək 3 qol vurduq.

 

- Baş məşqçiniz Georgi Tsetzadze Azərbaycanda işləməsə də, bura ardıcıl 2 il gəlib. Bu da "Samtredia"nı çalışdırdı vaxtda olub. Hər ikisində Bakıda ağır məğlubiyyətlər alıb - "Qəbələ"dən 1:5, "Qarabağ"dan 0:5. Onunla söhbətdə necə hiss edirsiniz, qisas almağa köklənmişdi?

- Klubla millinin məqsədləri ayrıdı. Tsetzadə vaxtilə klubda baş məşqçi kimi çalışırdı, indi Gürcüstan U-21-də. Yəqin ki, insan ambisiyaları hər zaman olur. O, istənilən halda, öz məşqçilik bacarığını göstərmək istəyirdi ki, Bakıda qalib gələ bilərəm. 

 

- Futbolçu Zurab Xizanaşvili və məşqçi Zurab Xizanaşvili. Necə müqayisə edərdiniz?

- Çox maraqlıdı məşqçilik. Sadəcə, əsas fərq ondadır ki, indi meydandan kənardayam, oyunun içində ola bilmirəm. Əslində, fərqi yalnız bunda görürəm. Bunu nəzərə almasaq, yenə həmin sferadayam, futbolun içindəyəm.

 

 - Futbolçu kimi emosional olmusunuz. Bunu, məşqçi kimi necə içinizdə boğa bilirsiniz?

 - Meydanda olanda emosiyalar keçirirsən. Başqa cür ola bilməz. Məşqçi kimisə tam fərqli emosiyalardı. Təmkinli olmalısan. Xüsusilə də baş məşqçisənsə, hamıya nümunə olmalı, özünü ən yaxşı tərəfdən göstərməlisən.

 

- İndi "Keşlə" adlanan keçmiş komandan "İnter"i, ümumiyyətlə, Azərbaycan çempionatını nə dərəcədə izləyə bilirsən? Kimlər əlaqən var?

- İmkan olduqca internetdən izləyirəm. Bilirəm ki, ötən il Azərbaycan Kubokunu qazanıblar.

 

- Hansı ki sizin vaxtınızda bu, olmamışdı...

- Bəli. "İnter" və "Qarabağ"dan futbolçularla əlaqəm var. Əsasən Kamran Ağayev və Riçard Almeydayla. Sosial şəbəkəylə dostluğumuzu saxlayırıq. "İnstagram"da yazışırıq, çıxışlarını izləyirəm. 

 

- Gürcüstandan hazırkı Azərbaycan futbolu necə görünür?

- Bilirəm ki, bizim vaxtdan fərqli indi Azərbaycan çempionatında az - 8 komanda iştirak edir. Əsas ona təəccüblənirəm ki, sizdə maddi durum hələ də bizdən olsa da, Gürcüstan çempionatına futbolçularınızın gəlişi başlayıb - Fuad Bayramlı, Nicat Qurbanov. Azərbaycanlı futbolçuların bizim çempionatı seçmələri mənə bir az qəribə gəlir. 

 

- Əslində, indi bizdə də gürcü futbolçular tək-tükdü. Yalnız "Qəbələ"dəki Davit Volkovla Merab Qiqaurinin adını çəkə bilərik. Sizin vaxtda isə bolluq idi. Əsas da "İnter"də, çünki baş məşqçiniz gürcü Kaxaber Tsxadadze idi. İndi belə dəyişikliyu nəylə izah edə bilərsiniz?

- Deməzdim ki, "İnter"də Tsxadadze olduğuna görə bu qədər gürcü futbolçu vardı. Digər klublarınızda - "Qəbələ", AZAL-da da xeyli həmyerlim çıxış edirdi. Yəqin ki, baş məşqçinin gürcü olub-olmamağından asılı olmayaraq, gürcü futbolçuların daha bura gəlməyə maraqları yoxdu. Deməzdim ki, maddi amillə bağlıdı. Çünki sizdə bu planda hər şey yenə yaxşıdı. Gürcüstanda elə pul yoxdu ki, Azərbaycandan təklif olsa, bura gəlməsin. Bizimkilər ilk növbədə perspektivə görə daha çox Avropanı seçirlər. 

 

- Sizlərin Azərbaycandakı karyerası əsaəsn uğurlu olub. Bəs, bizimkilər Gürcüstan çempionatında öz sözlərini deyə bilərlər?

- Fuadı "İnter"də oynadığı vaxtdan tanıyıram. Yaxşı futbolçudu. İndi görürəm ki, bizim çempionatda rahat çıxış edə və fərqlənə bilər.

 

- Azərbaycandakı karyerasında əsas hansı uğurlu məqamlar var ki, onu xoş nostalji kimi xatırlayırsınız?

- İki çox müsbət məqam var. Biri "Atletik"lə qarşılaşmadı ki, onda Bakıda onlara qol vurdum. Ancaq bunu saymadılar. İkincisi isə "Qarabağ"a sol ayağımla topu saxlamadan vurduğum qol idi. Hansı ki bizə səfər qələbəsi qazandırdı. 

 

- Yaxın gələcəkdə baş məşqçi olmağa özünüz hazır sayırsınız? Azərbaycandan belə təklif olarsa, bunu qəbul edərək qayıdarsınız?

- Baş məşqçi olmağım üçün ilk növbədə PRO lisenziyamın olması lazımdı. İndi bunu almağımı gözləyirəm. Gələcəkdə kimin harda olacağını heç kəs bilmir. Prinsipcə, ambisiyam var. PRO-nu alandan sonra artıq gələcəyimlə bağlı qərar verəcəm.

 

 

MEHMAN SÜLEYMANOV

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB