TOP 10

Nazim Süleymanov konfransda sədr seçildi

Futbol
Tarix: 2019-09-11 15:29

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının (AFİAHİ) təsis konfransı keçirilib. Sport24.az xəbər verir ki, konfransda quruma sədr seçilib. Belə ki, Nazim Süleymanov yekdikliklə bu vəzifəyə rəhbər seçilib. 

 

Həmkarlar İttifaqı Komitəsinə seçki də baş tutub. Bu məsələnin müzakirəsindən əvvəl təklif olunub ki, səsvermənin forması müəyyən edilsin - qapalı və ya açıq. Sonda belə qərara gəlinib səsvermə açıq formada keçirilsin. Təklfi səsə qoyulara qəbul olunub. Bu məsələ ilə bağlı Orucəli Durmuşov, Boris Xetaqurov, Naib Abdulla çıxış edərək bildiriblər ki, Həmkarlar İttifaqı Təşkilatının yaradılması ayrı-ayrı problemlərlərinin həll edilməsində böyük rol oynayacaq. Və təklif ediblər ki, komitə 11 nəfərdən ibarət olsun. Təklfi səsvermə yolu ilə qəbul ounub. Namizədlər iclas iştirakçıları tərəfindən irəli sürülüb. Nazim Süleymanov, Səmədağa Şıxlarov, Novruz Əzimov, Əfqan Talıbov, Novil İsmayılov, Naib Abdulla, Asəf Namazov, Anar Xanlarov, Boris Xetaqurov, Babək Alxasov və Orucəli Durmuşov İcraiyyə Komitəsinin üzvü seçilib.

 

Qurum adını dəyişdirərək AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının (AFİNİ) təsis olunmasını bəyan edib. Ancaq bu qurumun assosiasiyaya heç bir rəsmi bağlılığı yoxdu. Tədbirdə AFİHİ-nin Nizamnaməsi təsdiqlənib.

 

 

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB