TOP 10

Ehtiyatda oturub pul qazanmaq Beqoviçlik deyil: "Qarabağ"ın güvənini haqlı çıxarmaq isə artıq mənə qalıb"

Futbol
Tarix: 2019-09-11 15:10

"Nəhayət, Bakıda yerləşdim. Son bir neçə gündə başım çox bəla çəkdi. Klub dəyişəndə belə problemlər yaranır". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın yeni transferi Asmir Beqoviç öz ölkəsinin mətbuatına bildirib.

 

Artıq bir neçə gündü yeni komandasının düşərgəsində olan 32 yaşlı qolkiper ilk təəssüratlarının ən yüksək səviyyədə olduğunu açıqlayıb: "Çox xoşuma gəldi. Klubdakı insanlar mənə həmişə kömək etməyə çalışır. "Qarabağ" həqiqətən də bir ailə kimidir. Bakı isə gözəl şəhərdir. Yeni klubumun həyatımda gözəl səhifələrdən biri olacağına inanıram".

 

Bosniya və Herseqovinalı qapıçı "Qarabağ"a transferinin tez baş tutduğunu deyib "Başqa klublar da maraq göstərirdi. Ancaq seçimimdə "Qarabağ"ın ən doğru qərar olduğunu, düzgün seçim olduğunu  deməliyəm. Bu transfer mənə yaxşı göründü. "Qarabağ" yaxşı ənənəsi olan ciddi klubdur. Hər zaman titullar üçün oynayan, Avropada uğurları olan komandadır. "Qarabağ"ın güvənini haqlı çıxarmaq isə artıq mənə qalıb".

 

Təcrübəli qapıçı Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin hamısının öhdəsindən gələcəklərinə inanır: "Əlbəttə, bu, asan olmayacaq. APOEL-in "Ayaks"a çətinlik yaratdığını gördünüz. "Düdelanj"ın səviyyəsi olmasaydı, qruplara qalmazdı".

 

Beqoviç "Bornmut"dan ayrılmağının səbəbini xaos kimi olan vəziyyətlə əlaqələndirib: "Durum gündən-günə dəyişirdi. "Bornmut"da ön planda deyildim. Mənimlə maraqlanan klublar vardı. Klubun qərarlarına əməl etməyə çalışırdım. Qərar verdim ki, təkliflərdən birini dəyərləndirim. Kimsə deyir ki, htiyatda qalıb, pulunu qazanmalı idin, ancaq mən belə insan deyiləm".

 

Qapıçı Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçkinin Beqoviçin milliyə dönmək ehtimalının olmasınə əla sayır: "Milliyə qayıdanda xoşbəxt olacam. Bu komandaya qapını bağlamamışam. Əlimdən gələn köməyi etmək istəyirəm. Hazırda vacib olan keçmiş gücümüzə qayıtmaqdır. Ermənistana məğlubiyyət üzücüdür, amma futbolda olur belə şeylər olur"

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB