TOP 10

Xorvatiya millisinin futbolçuları oyundan qabaq virusa yoluxublar: "Bunun Bakıdakı yeməklərlə heç bir əlaqəsi yox idi, öz aşpazımız var və əla oteldə qalırdıq"

Futbol
Tarix: 2019-09-11 14:07

AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycanla 1:1 hesablı heç-heçə edən Xorvatiya yığmasının 8 futbolçusunun oyundan öncə virusa yoluxduğu aşkarlanıb. Sport24.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Xorvatiya milli komandasının həkimi Zoran Bahtiyareviç açıqlama verib.

 

Həkim bildirib ki, millinin əsas heyətin həmin 8 futbolçudan 7-si meydana virusa yoluxmuş halda çıxıblar: "Baş məşqçi Zlatko Daliçin bu haqda bir kəlmə belə kəsməməsi nə dərəcədə təvazökar və məsuliyyətli insan olduğunu göstərir. O, xal itkisinə görə bəhanə axtarmır. Bu virus bədənə ciddi təsir edir və gücü tamamilə azaldır. Futbolçulara maksimum kömək etməyə çalışdıq. Hətta matçdan əvvəl baş hakimə dedim ki, qarşılaşma zamanı oyunçulardan hansısa tualetə gedə bilər. Ancaq xoşbəxtlikdən buna ehtiyac olmadı"

 

Bəxtiyaroviç infeksiyanın hardan yaranmasına da toxunub: "Virus futbolçulardan birinə düşüb və ondan digərlərinə keçib. Bunun Bakıdakı yeməklərlə heç bir əlaqəsi yox idi. Çünki öz aşpazımız var və əla bir oteldə qalırdıq. Sadəcə, bu problemi biləndə, oyuna çox az vaxt qalımışdı. Virusa yoluxanlardan biri xəstələnməsi haqda bizə gec informasiya verdi. Virus artıq yayılmışdı və sadəcə, digər çıxış yolumuz yox idi". 

 

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB