TOP 10

“Zirə”nin “Sumqayıt”la 17-ci qarşılaşması

Futbol
Tarix: 2019-09-11 13:33

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Sport24.az xəbər verir ki, sentyabrın 14-də start götürəcək 4-cü turda “Zirə” “Sumqayıt”ın qonağı olacaq.
 

Bu görüş iki komanda arasında ölkə çempionatlarında 17-ci duel olacaq. Bu görüşlərdə üstünlük “Zirə”nin tərəfindədi. Bu komanda oyunların yarıdan çoxunda – 9 dəfə qələbə qazanıb. Üç dəfə bir xalla kifayətlənən zirəli futbolçular 4 qarşılaşmadan məğlub ayrılıblar. 33 qolun vurulduğu matçlarda top fərqi də “qartallar”ın xeyrinədir – 21:12. “Zirə”nin əvvəlki 16 qarşılaşmadakı ən yaxşı bombardiri Aleksandr Dedovla Vüsal İsgəndərlidi. Onların hərəsi 3 dəfə “Sumqayıt”ın qapısına yol tapıb.


9-cu dəfə sumqayıtlıların qonağı olacaq “Zirə” qələbələrindən üçünü rəqib meydanında əldə edib. Eyni sayda məğlubiyyəti olan komanda iki dəfə bərabərliklə kifayətlənib. “Qartallar” top fərqində üstünlüyə malikdi – 7:6.


Son oyunlara gəlincə, qəsəbə təmsilçisi ardıcıl üç qələbə qazanıb. 2019-cu ildəki iki matçda isə bu komanda qapısını da toxunulmaz saxlaya bilib.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB