TOP 10

Biliç Yurçeviçi əla nəticəyə görə təbrik edib: "O, hesaba və komandamın göstərdiyi oyuna görə şad olduğunu söylədi"

Futbol
Tarix: 2019-09-11 10:28

“Xorvatiya ilə oyunda fasiləyə 0:1 hesabı ilə gedəndə şansımızın olduğunu bilirdik. Yekunda layiqli heç-heçəyə nail olduq”. Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç öz ölkəsinin mətbuatına Xorvatiya yığması ilə Bakıda 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə oyunu barədə danışarkən deyib.

 

53 yaşlı  mütəxəssis oyunun 11-ci dəqiqəsində qonaqların lehinə təyin edilən və kapitanı Luka Modriçin dəqiq yerinə yetirdiyi penalti epizodunu şərh edib: “Məndə elə təəssürat yarandı ki, penalti deyil. Komandamızın meneceri telefonunda həmin epizodu göstərəndən sonra izahat almaq üçün 4-cü hakimin yanına getdim. Bu heç-heçənin Xorvatiyaya böyük zərər verəcəyini düşünmürəm”.

 

Yurçeviç bu bərabərliyi komandası üçün böyük nəticə adlandırıb: “Futbolçularımız meydanda çox yaxşı idilər. Yalnız bu halda Xorvatiyanı məğlub etmək olar”.

 

Baş məşqçimiz matçdan sonra rəqib komandanı çalışdıran həmkarı Zlatko Daliçlə görüşmədiyini, əvəzində, digər həmyerlisi, Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” klublarında baş məşqçisi olmuş Slaven Biliçdən təbrik aldığını diqqətə çatdırıb: “Yaxın dostum Biliç zəng edərək, məni əla nəticəyə görə təbrik etdi. O, nəticəyə və komandamın sərgilədiyi oyuna görə şad olduğunu söylədi”.

 

 

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB