TOP 10

İcra başçısından Region Liqası təmsilçisinə dəstək - FOTO

Futbol
Tarix: 2019-09-11 10:06

Region Liqasında 1 illik fasilədən sonra iştirak edəcək Qubanın "Şahdağ" komandası hazırlıqlarını dəvət etdirir. Sport24.az xəbər verir ki, komandaya ilk dəstək rayon rəhbərliyi səviyyəsində gəlib. 

 

Belə ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev komandanın meneceri Xanbaba Daşdını qəbul edib.  O, xeyir-duasını verərək, klubun inkişafında vacib rol oynayacaq mənəvi və digər dəstəyi verəcəklərini açıqlayıb. Daşdı da öz növbəsində rayon rəhbərinə arxasında adı-soyadı olan "Şahdağ"ın "40 nömrə"li sarı rəngli formasını hədiyyə edib. 

 

Xatırladaq ki, "Şahdağ" baş məşqçisi "Bakı"nın türkiyəli sabiq çalışdırıcısı İbrahim Uzuncanı gətirərək onunla 3 illik müqavilə imzalayıb. 

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB