TOP 10

Portuqaliya, Fransa və Türkiyədən darmadağın

Dünya Futbolu
Tarix: 2019-09-11 00:50

AÇ-2020-nin seçmə qrup mərhələsində 6-cı tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə azarkeşlər A, B və H qrupları üzrə ümumilikdə 7 qarşılaşmaya şahidlik ediblər.
 

Diqqət çəkən qarşılaşmalardan biri A qrupunda olub. İtkisiz irəliləyən İngiltərə sürpriz nəticələrə imza atan Kosovonu sınağa çəkib. Bütövlükdə 8 qolun qeydə alındığı qarşılaşma britaniyalıların qələbəsiylə yekunlaşıb.


Türkiyə millisi isə Moldovaya səfər edib. "Ay-ulduzlular" 3 xalı 4 cavabsız qolla əldə ediblər. Qrupun digər oyununda Fransa doğma meydanda Andorranı darmadağın edib. Albaniya - İslandiya matçında isə meydan sahibləri üstün olublar.


B qrupunda Serbiya səfərdə Lüksemburqu, Portuqaliya isə Litvanı məğlubiyyətə uğradıb.


AÇ-2020-nin seçmə mərhələsi
10 sentyabr


A qrupu


Monteneqro – Çexiya 0:3
Qol: Suçek, 54. Masopust, 58. Darida, 90+5-pen.


İngiltərə - Kosovo 5:3
Qol: Sterlinq, 8. H.Keyn, 19. Voyvoda, 38-öz qapısına. Sanço, 4; 45+1 – Berişa, 1; 49. Muriqi, 55-pen. 


B qrupu


Lüksemburq – Serbiya 1:3
Qol: Turpel, 66 – Mitroviç, 36; 78. Radonyiç, 55.


Litva – Portuqaliya 1:5
Qol: Andriuskeviçyus, 28 – Ronaldo, 7-pen; 65; 76. Setkus, 62-öz qapısına. Karvalyo, 90+2.


H qrupu


Moldova – Türkiyə 0:4
Qol: C.Tosun, 37; 80. D.Türüç, 58. Y.Yazıçı, 88.


Fransa – Andorra 3:0
Qol: Koman, 18. Lanqle, 52. Ben Yedder, 90+1.


Albaniya – İslandiya 4:2
Qol: Dermaku, 32. Husay, 52. Roşi, 78. Çikalleşi, 83 – Siqurdsson, 47. Siqtorsson, 58. 

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB