TOP 10

Millimizin müdafiəçisi 0:3-ü oyuna görə saymadı: "Bu məğlubiyyətin bizə çox da təsir etməyəcəyini düşünürəm"

Futbol
Tarix: 2019-09-11 00:38

"Matça yaxşı başladıq. Birinci hissənin sonlarında - 45-ci dəqiqədə pis qol buraxdıq. Həmin qol bizim əhvalımı korladı. İkinci yarıya bir az həvəslə başladıq. Futbolçumuz qırmızı kart gördü və bundan sonra edə biləcəyimiz bir şey qalmadı. Davam etməyə çalışdıq. Bizim üçün şanssız gün idi". Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycanın U-21 millisinin futbolçusu Hüseyin Seyliğli Gürcüstana uduzduqları (0:3) AVRO-2021-in seçmə oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. 

 

20 yaşlı mərkəz müdafiəçisi çox yorulduqlarını söyləyib: "Bundan 4 gün öncə Slovakiya ilə oyuna çıxdıq. Bizim üçün çətin oyun idi. Qarşılaşmanın sonlarında qol vurduq və qələbə qazandıq. Bu görüşü isə 10 nəfərlə bitirdik. Bizim üçün çətin oldu". 

 

Seyliğli deyib ki, iki oyunla müqayisədə bəlkə də heyətdə bəzi dəyişikliklər etmək lazım idi: "Bu baş məşqçinin qərarıdır. Bu barədə bir söz deyə bilmərəm". 

 

"Darida Gənclərbirliyi"nin futbolçusu Slovakiya qalibiyyətinin (2:1) təsadüf olmadığını sözlərinə əlavə edib: "Bu gün də 45-ci dəqiqəyə qədər yaxşı oyun sərgilədik. Belkə birinci qolu buraxmasaydıq, ikinci hissəyə əzmli çıxa bilərdik. Gürcüstan yaxşı kollektivdir. Amma hesab belə olmalı deyildi". 

 

Hüseyn qrupdakı hədəfləri barədə danışmaq istəməyib: "Hazırda bu barədə bir söz deyə bilmərəm. Oynadığım rəqiblər bizim səviyyəmizdədir. Bu gün 0:3 hesabı ilə məğlub olmağımıza baxmayın. Bir az yorğunluq var idi. Qırmızı kart da oldu. Bu məğlubiyyətin bizə çox da təsir etməyəcəyini düşünürəm".

 

 

MEHMAN SÜLEYMANOV
 

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB