TOP 10

Obradoviç məğlubiyyəti şərh etdi: “Daha çox işləməliyik ki, sizin də, mənim də arzuladığımız nəticəyə qovuşaq”

Futbol
Tarix: 2019-09-10 23:13

Bu gün AVRO-2021-in seçmə qrup mərhələsində Gürçustanın U-21 yığmasını qəbul edən gənclər yığmamızın baş məşqçisi Milan Obradoviç 0:3 hesabı ilə məğlub olduqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə serbiyalı mütəxəssis ilk olaraq məğlubiyyətin səbəbləri barədə danışıb.
 

- Özünüz də gördünüz ki, ilk topu 1-ci hissənin son saniyəsində vurdular. İkinci hissəyə planımız hücum etmək idi. Xüsusilə, cinahlarda sürəti artırmalıydıq.  Ancaq başlayan kimi qırmızı vərəqə almaqla azlıqda qaldıq. Bilirdik ki, gürcülər “ikinci mərtəbə”də guclüdürlər, standart vəziyyətlərdə yaxşı oynayırlar. Onların daha bir üstünlüyü sürətli əks-hücumlardı. Buna baxmayaraq, hesabda geri olduğumuza görə, irəli atılmalı idik. Bu da müdafiədə azalmağımızı şərtləndirdi. Nəticədə, 2 dəfə əks-hücumda yaxalandıq. Zənnimcə, belə diskomfortun səbəbi çoxsaylı sarı vərəqələr idi. Hesab edirəm ki, Hacıağaya göstərilən ilk sarı vərəqə düzgün deyildi. 


- Fikrimizcə, futbolçularımız həddən artıq aqressiv idilər...
- Uşaqlar öz komandalarında elə də çox oynamırlar. Qeyd etdiyiniz bu aqressiyaya görə onlara ancaq təsəkkur edə bilərəm. Çünki bu, Azərbaycan, bu mayka, bu Vətən uğrunda döyüşmək üçün böyük istəkdən irəli gəlir. Futbolçularımız ardıcıl ikinci qələbəni bayram erməyi çox istəyirdilər. 


- Slovakiya və Gürcüstanla oyunları birləşdirsək, yetirmələrinizdən razı qaldınız?
- Ümumi keçirdiyimiz 4 hissənin 3-dən razı qaldım. Bugünkü görüşün 2-ci hissəsində də istəkli idik. Amma azlıqda qalmağımız öz sözünü dedi. Məqsədimiz hər oyunda futbol oynamaq və rəqibdən ən azı 1 top artıq vurmaqdı. Dərin təhlildən sonra sualınıza ətraflı cavab verə bilərəm. Bütün hallarda daha çox işləməliyik ki, sizin də, mənim də arzuladığımız nəticəyə qovuşaq.


 

 

MEHMAN SÜLEYMANOV

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB