TOP 10

“Zirə”li futbolçuların duelində Nqalande sevindi

Dünya Futbolu
Tarix: 2019-09-10 22:51

“Zirə” klubunun iki futbolçusu ölkəsinin milli komandasında üz-üzə gəlib. Sport24.az xəbər verir ki, söhbət Malavi yığmasında çıxış edən Robin Nqalande ilə Botsvana millisinin üzvü Mfo Kqasvanedən gedir.
 

Adıçəkilən yığmalar DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində cavab oyunlarını keçiriblər. Maraqlıdı ki, Malavi və Botsvana ilk raundda bir-biri ilə qarşılaşıb.


Botsvanada baş tutan ilk oyunda hesab açılmamışdı. Malavidəki cavab görüşündə isə meydan sahibləri 1:0 hesabıyla qalib gələrək növbəti mərhələyə yüksəliblər. Botsvana isə mübarizəni erkən dayandırıb.


Kqasvane və Nqalande də bu görüşün iştirakçısı olub. Nqalande qarşılaşmanın 68-ci dəqiqəsində meydana buraxılıb. Kqasvane isə start heyətdə meydana çıxıb və 10-cu dəqiqədə əvəzlənib.


 

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB